Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-22,
Seanews
Heyder Eliyev

Xəzər dənizində zəlzələlərin olması ərazinin seysmikliyi ilə əlaqədardır

Xəzər dənizi seysmik aktiv olan bölgələrdən biridir. Xəzərin Azərbaycan sektorunda müxtəlif dərinliklərdə çoxsaylı zəlzələ ocaqları var. Odur ki, vaxtaşırı Xəzərdə zəlzələlərin olması gözləniləndir və bu, ərazinin seysmikliyi ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

"Xəzərdə baş verən zəlzələlərin quru ərazilərə təsirinə gəlincə, yeraltı təkanlar sahilyanı zonaya yaxın ərazidə qeydə alınarsa və ocağın dərinliyi Yer səthinə yaxın olarsa, yəni 12-15 kilometrə qədər dərinlikdə yerləşərsə, zəlzələ hiss oluna bilər. Bu gün baş verən zəlzələlərin maqnitudası aşağı olub və zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib", - deyə V.Rafiqqızı bildirib.

Xatırladaq ki, mayın 1-də Xəzər dənizində maqnitudası, 4, 3.4 və 3.1 olan üç zəlzələ qeydə alınıb.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır