Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

ADDA tələbələri arasında futbol yarışı başa çatıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri arasında futbol yarışı başa çatıb.

Final mərhələsində “Gəmi sürücülüyü” fakültəsinin 188A qrup tələbələri ilə “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin 199İ qrup tələbələri üz-üzə gəlib. Oyun 6:1 hesabı ilə “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasında oxuyan tələbələrin (188A qrupu) qələbəsi ilə başa çatıb.

“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının 199İ qrup tələbələri gümüş, “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının 050A3 qrupunun tələbələri isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, Akademiya rəhbərliyinin təşəbbüsü ilə baş tutan yarış ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr edilib. Yarışda ADDA-nın bütün ixtisasları üzrə təhsil alan tələbələrindən ibarət 20 komanda 5 qrupa bölünərək mübarizə aparıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır