Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

ABŞ buzqıran axtarır

“Seanews.az” xəbər verir ki, ABŞ-ın Sahil Mühafizəsi komandanlığı "milli təhlükəsizliyi təmin etmək və Arktikada ölkənin maraqlarını qorumaq" üçün alına biləcək buzqıran gəmilər axtarır.

Bu barədə 2022-ci il mayın 3-də onlayn və hökumətin çap mediasında Sahil Mühafizəsinin (USCG) rəsmi elanı dərc edilib. Potensial satıcıların müraciətləri bu il iyunun 10-dək qəbul edilir və onları elektron poçtla göndərmək olar. Donanmasını tamamlamaq üçün gəmi seçərkən Sahil Mühafizəsinin rəhbər tutacağı ilkin şərt buzqıran gəminin ABŞ tərsanələrindən birində tikilməsidir.

Elanda xüsusi olaraq vurğulanır ki, gəmi ən azı “PC3” buzqıran sinfinə malik olmalıdır (yəni çoxillik buzlarda ilboyu işləyə bilməlidir) və 3 fut (təxminən 90 sm) qalınlığında buz sahələrində ən azı 3 düyün sürətlə hərəkət etməlidir.

Bundan əlavə, buzqıran gəmi, həmçinin ən azı 60 gün ərzində təchiz edilmədən səfərlər həyata keçirə bilməli, suya oturumu 29 futdan (təxminən 8,8 m) çox olmayan və Sahil Mühafizəsi helikopterlərini qəbul edə biləcək platforma yaradılması üçün münasib yeri olmalıdır. Gəminin ən azı 15 illik ilkin istismar təminatının olması da əsas şərtlərdəndir.

Gələcək əməliyyatın maliyyələşdirilməsinin sürətləndirilmiş şəkildə həyata keçirilməsi planlaşdırılır və əməliyyata Prezident Administrasiyası, ABŞ Konqresi, eləcə də Daxili Təhlükəsizlik Departamenti nəzarət edəcək. Görülən tədbirlərin aktuallığı ABŞ-ın qütb dənizlərinin “öyrənilməsi və işlənməsinə” artan marağı fonunda Sahil Mühafizəsində buzqıran gəmilərin kəskin çatışmazlığı ilə izah olunur.

Bu günə qədər Sahil Mühafizəsinin donanmasında yalnız bir ağır “Polar Star” (“Qütb ulduzu”) buzqıranı var. Artıq 46 yaşı olan gəmi bu yaxınlarda quru doka qaldırılıb və burada kompleks təmir və modernləşdirmə işlərinin aparılması planlaşdırılır. 75 milyon dollar dəyərində olan bu proqramın əsas məqsədi “Polar Star”-ın ömrünü ən azı daha beş il uzatmaqdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır