Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

“DB Schenker” Norveçdəki kabotaj xəttinə avtonom konteyner gəmisi buraxacaq

“Seanews.az” xəbər verir ki, “Deutsche Bahn”-ın logistika törəməsi olan “DB Schenker” Norveçdə fider xidmət üçün innovativ konteyner gəmisi hazırlamağı planlaşdırdığını açıqlayıb. 

“DB Schenker”-in bu layihədə tərəfdaşları Norveçin “Ekornes” mebel konserni və “Naval Dynamics” gəmi layihəçisi, həmçinin “KONGSBERG” və onun avtonom gəmiləri idarə etmək üçün yaradılmış “Wilhelmsen Group Massterly” ilə birgə müəssisəsidir.

Layihə, “Ekornes”-in baş qərargahının yerləşdiyi və Norveçin ən böyük fabriki olan “İkornness” ilə Alesund limanını birləşdirən marşruta xidmət edən ənənəvi konteyner gəmisinin innovativ elektrik qidalandırıcısı ilə dəyişdirilməsini nəzərdə tutur.

Gəminin “Naval Dynamics” şirkətinin “KONGSBERG” və “Masterly” şirkətləri ilə birgə hazırladığı “NDS AutoBarge 250” avtonom avtomobil daşıyıcısı layihəsi əsasında inşa ediləcəyi gözlənilir.
Dedveyti 300 ton olan 50 metr uzunluğunda gəmi 43 kilometrlik marşrutu 7,7 knot sürətlə üç saata qət edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır