Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq

Türkiyənin Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqları üçün yeni silah sistemləri hazırlanır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir NTV kanalına müsahibəsi zamanı məlumat verib. O bildirib ki, hazırda sualtı qayıqdan quruya, sualtıdan havaya buraxıla bilən raketlər üzərində işlər gedir. “ROKETSAN” şirkəti “Akya” ağır torpedoları ilə yanaşı, “Atmaca” gəmi əleyhinə raket sistemlərinin sualtı qayıqların torpedo borularından buraxıla bilən versiyasını hazırlayır. 

İsmail Dəmir insansız sualtı qayıqların da gündəmdə olduğunu bildirib, lakin hazırlanacaq platformaların tonnajı və istifadə konsepsiyası ilə bağlı heç bir məlumat verməyib. İnsansız sualtı qayıqları inkişaf etdirən ölkələr arasında Türkiyə ilə yanaşı, ABŞ və Avropa ölkələri də var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır