• Bakı, 2022-07-05,
Seanews
Heyder Eliyev

Qocaman dənizçi Şamil Novruzov ziyarət olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Sosial inkişaf və nəqliyyat departamentinin və Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları 83 yaşını qeyd edən təcrübəli dənizçi Şamil Novruzovu evində ziyarət ediblər. Həmkarları ona ASCO ailəsinin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar.

Görüşdə həyatının böyük hissəsini dənizçiliyə həsr etmiş Şamil Novruzovun xidmətləri xatırlanıb, onun məhsuldar fəaliyyətinin gənc nəslə örnək olduğu bildirilib.

Şamil Novruzov həmkarlarının qədirbilənliyinin ona yüksək əhval gətirdiyini söyləyib və yaşlı dənizçilərin evində ziyarət olunması ənənəsinin xoş olduğunu  deyib.

Xatırladaq ki, Şamil Novruzov 1939-cu ildə anadan olub. Əmək fəaliyyətinə 1955-ci ildə başlayıb. Gərgin əməyi və zəhməti sayəsində elektirik mexaniki, məsləhətçi elektrik mexaniki, Donanmanın texniki istismar xidmətinin rəis müavini və rəisi vəzifəsinədək yüksəlməyi bacarıb. O, bir müddət Azərbaycan Dövlət Dəniz Akademiyasında pedaqoji fəaliyyətlə də məşğul olub.

Şamil Novruzov 2016-cı ildə təqaüdə çıxıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır