Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Gəmiçilik şirkəti daha 12 “Boeing” və “Airbus” təyyarəsi almaq istəyir

“CMA CGM” iki “Boeing 777” yük təyyarəsini təhvil alıb. Onlar 2021-ci ilin fevralında “CMA CGM AIR CARGO” adlı hava yük bölməsinin yaradılması ilə əlaqədar sifariş verilmişdi.

“Seanews.az” xəbər verir ki, bundan əlavə, “CMA CGM AIR CARGO” şirkəti 2024-cü ildə təhvil verilməsi gözlənilən daha iki “Boeing 777” təyyarəsi sifariş edib.

Alınan “Boeing 777 Freighter” yük təyyarələri “CMA CGM AIR CARGO”-ya Avropa, Şimali Amerika və Asiya üzrə hava nəqliyyatı şəbəkəsində təyyarələri yerləşdirmək üçün lazımi çeviklik verəcək.

İki yeni “Boins” daxil olmaqla, “CMA CGM AIR CARGO”-nun parkı altı təyyarədən ibarət olacaq və 2026-cı ilə qədər şirkət daha 12 “Boeing” və “Airbus” təyyarəsi almağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır