Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ADDA-da keçirilən idman yarışlarının qalibləri mükafatlandırılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri arasında keçirilən futbol və üzgüçülük yarışlarının qalibləri mükafatlandırılıb.

Qaliblərə diplomları ADDA prorektoru, professor Zahid Şərifov, Tədris-qeydiyyat şöbəsinin müdiri Əsədulla Süleymanov, fakültə dekanları Rafiq Əsgərov və Elnur Abbasov təqdim ediblər.

Futbol yarışının qalibi “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının (188A qrupu) tələbələrindən ibarət komanda olub. “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının 199İ qrup tələbələri ikinci yerdə qərarlaşıblar.

Sərbəst üsulda 50 metr məsafəni üzməkdə birinciliyi 201 MR qrupunun magistrantı Sabir Amirmetov əldə edib. “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin 090R qrupunun tələbəsi Fuad Səbzalıyev yarışın ikincisi olmağı bacarıb. ADDA-da təhsil alan Qazaxstan vətəndaşı Ulan Abdireş isə fəxri kürsünün üçüncüsü olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır