Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

İspaniyanın maye-qaz terminalları yükü qəbul edə bilmir

Aralıq dənizinin İspaniya sahillərində 30-dan çox mayeləşdirilmiş təbii  qazdaşıyan tanker yükünü boşaltmağa icazə ala bilmir. Bu səbəbdən gəmilər lövbərdə gözləmə mövqe tutublar.

“Seanews.az”-ın “Reuters”-ə istinadən xəbər verir ki,  Rusiyadan qaz tədarükünün azalması Avropanı alternativ yanacaq mənbələri, o cümlədən LNG axtarmağa sövq edib. Amma bu növ qazı daşıyan tankerlərin yaxınlaşacağı maye-qaz terminallarının kəskin dərəcədə çatışmazlığı məlum olub.

İspaniyanın maye qaz terminalları “istisna hal” kimi boşaltma işlərinin bir müddət dayandırılacağı barədə xəbərdarlıq ediblər. Bundan başqa, İspaniyanın “Enagas” enerji şirkəti terminal çatışmazlığı səbəbindən LNG-nin boşaldılmasının hazırda mümkünsüz olması ilə bağlı bəyanat yayıb.

Analitiklər bildirir ki, İspaniyada qazlaşdırma terminallarının yüksək iş yükü noyabrın əvvəlinə qədər davam edə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır