Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-27,
Seanews
Heyder Eliyev

Gələn ildən Şimal Dəniz Marşrutu ilə ilboyu yük daşımalarına başlanması gözlənilir

Şimal Dəniz Marşrutu ilə ilboyu müntəzəm yük daşımalarına 2027-ci ilin əvvəlindən başlanması nəzərdə tutulur.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu “Rosatom”un Şimal Dəniz Marşrutu və Arktikanın inkişafı üzrə direktoru Vladimir Panov deyib.

O bildirib ki, marşrutun şərq istiqamətində müntəzəm daşımaların təşkilinə hazırlıq işləri son mərhələyə çatıb: “Rusiya şirkətləri regionda yükdaşımaların həcmini artırıb. “Novatek” şirkəti böyük həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) daşıyır, “Rosneft”in “Vostok Oil” layihəsi çərçivəsində isə indiyədək 6 yükdaşıma əməliyyatı həyata keçirilib. Ən böyük yük göndərən şirkətlərdən birinin 2027-ci ilin əvvəlində Asiyaya müntəzəm daşımalar həyata keçirməyə başlaması ilə Şimal Dəniz Marşrutunun ilboyu fəaliyyət göstərməsini gözləyirik”.

Vladimir Panov gələn ilin əvvəlində “Çukotka” adlı yeni buzqıran gəmisinin istismara verilməsinin planlaşdırıldığını bildirib. Bununla da Rusiyanın buzqıran donanmasındakı gəmilərin sayının 9-a çatacağı gözlənilir.

O, yükdaşımaların səmərəliliyinin artırılması üçün gəmi karvanlarının hərəkət sürətinin yüksəldilməsinin, axtarış-xilasetmə infrastrukturunun gücləndirilməsinin və rabitə imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib: “Hazırda Şimal Dəniz Marşrutunda 14 axtarış-xilasetmə gəmisi fəaliyyət göstərir, daha 10 gəmi isə inşa edilir. Marşrut daha genişmiqyaslı Transarktik Nəqliyyat Dəhlizinin tərkib hissəsinə çevriləcək”.

Qeyd edək ki, dünyanın ərazisinə görə ən böyük ölkəsi olan Rusiya Şimal Dəniz Marşrutunun inkişafına strateji əhəmiyyət verir. Qara dənizlə deyil, Kara dənizindən başlayaraq Berinq boğazındakı Dejnyov burnunadək uzanan və təxminən 5600 kilometr uzunluğa malik olan bu marşrut xüsusilə qış aylarında qalın buz təbəqəsi ilə örtülür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır