Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-27,
Seanews
Heyder Eliyev

Almaniyada kruiz gəmisi konteyner gəmisinə çırpılıb

Almaniyanın Bremerhaven limanından Kanar adalarına yola düşən “Mein Schiff 3” kruiz gəmisi limandan çıxarkən konteyner gəmilərinə çırpılıb. Əsas toqquşma “MSC Victorine” konteyner gəmisi ilə olub. Nəticədə hər iki gəmi ciddi zədələnib.

“Seanews.az” xəbər verir ki, hadisə oktyabrın 25-də güclü külək şəraitində baş verib. Malta bayrağı altında üzən, 293 metr uzunluğundakı kruiz gəmisində 2 428 sərnişin və 922 heyət üzvü olub.

Məlumata görə, toqquşma nəticəsində 366 metr uzunluğundakı “MSC Victorine” gəmisinin gövdəsində, su xəttindən yuxarıda təxminən 10 metr uzunluğunda yarıq yaranıb. Kruiz gəmisinin də gövdəsi zədələnib, azı dörd xilasedici qayıq və tender məhv olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, gəmilərə su dolması qeydə alınmayıb. Hüquq-mühafizə orqanları araşdırma çərçivəsində gəmiləri saxlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır