Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Üç ölkə dənizdə "yaşıl enerji dəhlizi" haqqında razılığa gəlib

Fransa, İspaniya və Portuqaliya liderləri cümə axşamı hidrogen tədarükü üçün dənizdən keçən boru kəmərinin tikintisi ilə bağlı razılığa gəliblər.

Trend xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Bu boru kəməri plana uyğun olaraq Marsel (Fransa) və Barselonanı (İspaniya) dəniz yolu ilə birləşdirəcək. Əvvəlcə boru kəmərinin qaz tədarükü üçün istifadə edilməsi planlaşdırılır, lakin sonda başqa enerji mənbəyinə - hidrogenə keçməlidir.

Agentlik qeyd edir ki, ölkələrin liderləri layihənin vaxtını və dəyərini açıqlamayıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır