Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

SOCAR 1992-2022-ci illərdə 265 mln. tondan çox neft hasil edib

SOCAR 1992-2022-ci illərdə (1992 - 01.10.2022 tarixlərində) şirkətin istismar etdiyi yataqlarda 266 336,6 min ton neft hasil edib.

“APA-Economics”in SOCAR-ın göstəriciləri əsasında aparılan hesablamalara əsasən, hesabat dövründə şirkət 190 834 mln. kubmetrə yaxın qaz hasil edib.

Məlumata görə, SOCAR 1992-2022-ci illərdə 141 350 min tondan çox neft emal edib.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır