Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“Chevron” və “MOL” CO2-nin Sinqapurdan Avstraliyaya daşınması yollarını araşdırır

Ən böyük enerji qrupu “Chevron Corporation”, törəmə şirkəti “Chevron New Energies International Pte. Ltd.” vasitəsilə nəqliyyat və logistika şirkəti “Mitsui O.S.K lines, ltd.” (“MOL”) ilə mayeləşdirilmiş karbon qazının (CO2) Sinqapurdan Avstraliyanın dənizindəki daimi saxlama yerlərinə daşınması imkanlarını araşdırmaq üçün birgə tədqiqat sazişi imalayıb.

“Seanews.az”-ın məlumatına görə, tədqiqat proqramının bir hissəsi olaraq “Chevron” və “MOL” 2030-cu ilədək ildə 2,5 milyon ton mayeləşdirilmiş CO2 nəqlinin texniki və kommersiya məqsədəuyğunluğunu öyrənəcəklər. Tədqiqat Sinqapurda karbon qazının böyük həcmdə tutulması, daşınması və daimi saxlanması üçün həll yollarını araşdırmaq məqsədilə qurulmuş konsorsium tərəfindən görüləcək işi tamamlayacaqdır. Üç birgə müəssisədə iştirak etməklə, “Chevron” həmçinin bu yaxınlarda Avstraliya dənizində istixana qazı emissiyalarını qiymətləndirmək üçün üç icazə almışdır.

“Chevron” dünyanın aparıcı inteqrasiya olunmuş enerji şirkətlərindən biridir.

“Tokyo Mitsui O.S.K. lines, ltd.” (“MOL”, Yaponiya) dünya miqyasında həftəlik layner və logistika xidmətlərinin ən böyük və ən çoxşaxəli şəbəkələrindən birini idarə edən nəqliyyat multimodal şirkətlər qrupudur. Donanmasına ümumi dedveyti 54,7 milyon ton olan müxtəlif təyinatlı 742 gəmi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır