Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Vilhelmshafen limanında mayeləşdirilmiş təbii qaz yüklü gəmilərin qəbulu üçün ilk səyyar terminal tikilib

Almaniyanın şimalındakı Vilhelmshafen limanında mayeləşdirilmiş təbii qaz yüklü gəmilərin qəbul olunması üçün ilk səyyar terminalın tikintisi başa çatıb.

Trend-in məlumatına görə, ilk tankerin 2023-cü ilin yanvarında terminala gəlməsi planlaşdırılır.

Qeyd olunur ki, həmin terminalın illik gücü 7,5 milyard kubmetr təşkil edəcək.

Almaniya hökuməti 2023-cü ilin sonunadək 7 səyyar terminalın inşasını başa çatdırmağı planlaşdırır. Terminalların ümumi qəbul gücü ildə 30 milyard kubmetr qaz təşkil edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır