Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

El Deheila limanında mayeləşdirilmiş etanı qəbul etmək üçün terminal yaradılacaq

Misir El Deheila limanında mayeləşdirilmiş etanın qəbulu üçün terminal tikməyi və yerli neft-kimya müəssisələri üçün ildə 1,1 milyon tona qədər xammalın idxalını təşkil etməyi planlaşdırır.

“Seanews.az” xəbər verir ki, bu barədə Rusiyanın Misirdəki ticarət nümayəndəliyinin “Telegram” kanalında məlumat verilib.

Terminalın Misir Neft-Kimya Holdinq Şirkəti (ECHEM) dövlət şirkətləri “Sidi Kerir Petrochemicals” (SIDPEC) və “Egyptian Natural Gas Company (GASCO) və özəl “Gama Construction” şirkəti ilə “Alexandria Supply Chain Company” birgə müəssisənin yaradılması üçün imzalanmış müqavilə çərçivəsində inşa edilməsi planlaşdırılır.

Layihəyə investisiyalar 660 milyon ABŞ dolları təşkil edəcək. Terminalın ümumi sahəsi 400 min kvadratmetr olacaq. Burada anbarlar, qazlaşdırma qurğuları və tutumu 300 min tona qədər olan tankerlərin qəbulu üçün digər zəruri infrastruktur yerləşəcək.

Qeyd edək ki, El Deheila limanı 1986-cı ildən fəaliyyət göstərir. O, Misirin İsgəndəriyyə limanının uzantısıdır və akvatoriyası 2.74 kv. km-dir. Dərinliyi 20 metrə qədər olan El Deheilanın 16 yanalma körpüsü var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır