Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Litvada qəbul edilən LNG Polşanın şimal-şərqinə əsasən tankerlərlə çatdırılacaq

Polşanın "Orlen" neft emalı şirkəti Litvanın «KN Energies” (keçmiş “Klaipedos Nafta”) şirkəti ilə bağladığı müqavilədən sonra kiçik həcmdə mayeləşdirilmiş təbii qazın (LNG) aşırılması üçün Klaypedadakı terminala eksklüziv çıxış əldə edib.

“Seanews.az” xəbər verir ki, bu, Polşanın şimal-şərqinə və Baltikyanı regiona qaz tədarükünü artıracaq.

Əvvəlki müqaviləni bağladıqdan sonra “Orlen” şirkəti  Klaypeda terminalı vasitəsilə təxminən 60 min ton LNG alıb.

“KN Energies” ilə yeni müqavilə 2030-cu ilin mart ayının sonuna qədər qüvvədə olacaq. Litvanın aşırılma məntəqəsində qəbul edilən LNG Polşanın şimal-şərqindəki müştərilərə əsasən tankerlərlə çatdırılacaq. Bu təchizatlar mövcud qaz şəbəkəsindən kənar ərazilərdə LNG-nin yenidən qazlaşdırılması stansiyaları üçün dəyərli olacaq.

Qazın adi dəniz metan daşıyıcılarından 30 dəfə kiçik tutumlu gəmilərlə çatdırıldığı Klaypeda terminalı ümumi tutumu 5 min kubmetr olan beş LNG çəni ilə təchiz edilib. Terminal həmçinin LNG yüklərinin kiçik gəmilərə yük əməliyyatı üçün nəzərdə tutulmuş yanalma infrastrukturuna malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır