Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

İran neft ixracını artırmaq üçün liman infrastrukturunu inkişaf etdirir

İran Neft Terminal Şirkəti (IOTC) Xarq adasındakı neft terminalını yenidən qurmağı planlaşdırır.

“Seanews.az” “IRNA”-ya istinadla xəbər verir ki, Xarq adasının qərb estakadasına səfəri zamanı şirkətin rəhbəri Abbas Əsədruz bu məkanda ixrac infrastrukturunun gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb.

“Adanın qərb estakadasının təmiri və yenidən qurulması layihəsi ölkədən neft ixracının inkişafında böyük addımdır”, - Abbas Əsədruz bildirib.

Sözügedən layihənin yaxın gələcəkdə başlanması ilə Xarq adasının qərb estakadasının istehsal gücünün əhəmiyyətli dərəcədə artacağı və ölkənin neft ixracı müəssisələrinin yeni strateji imkanlara hazır olacağı  ehtimal olunur.

Xarq adası Fars körfəzində, İran sahillərindən 25 kilometr cənubda yerləşir. Ondan neft ixracı üçün dəniz limanı kimiistifadə olunur. Neft hasil edən ərazilərə yaxın olmasına, dəniz kənarında yerləşməsinə və nəhəng neft gəmilərinin yanalması üçün zəruri dərinliyə malik olmasına görə Xarq Adası Neft Terminalı ölkədə xam neftin ixracı və yüklənməsi üçün ən əlverişli müəssisələrdən sayılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır