Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

VLCC tankerləri üçün yükdaşıma tarifləri artır

2024-cü ilin oktyabrında VLCC tankerləri üçün Yaxın Şərq-Yaponiya istiqamətində yükdaşıma tarifləri artıb.

“Seanews.az” xəbər verir ki,“Clarkson Research”-in məlumatlarında belə deyilir.

Hesabat ayında bu tankerlər üzrə orta spot məzənnə əvvəlki ayla müqayisədə 15,5% artaraq gündəlik təxminən 33,8 min dollar təşkil edib. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 6,6% yüksək olub.

2024-cü ilin fevral və may aylarında da qiymətlərdə yüksək hədd qeydə alınıb.

Xatırladaq ki, VLCC tankerləri xam neftin uzun məsafələrə daşınması üçün istifadə olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır