Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

“Greenpeace” 300 min funt sterlinq (380 min dollar) ödəməyə razılaşıb

Beynəlxalq ətraf mühit təşkilatı “Greenpeace” Britaniyanın neft-qaz şirkəti “Shell” ilə məhkəmə çəkişməsini həll edib və 300 min funt sterlinq (380 min dollar) ödəməyə razılaşıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “Reuters” İngiltərə və Uels Ali Məhkəməsinin London qərarına istinadən məlumat yayıb.

İddiaya səbəb 2023-cü ilin yanvarında “Greenpeace”-nin bir neçə fəalının Kanar adaları yaxınlığında “The White Marlin” gəmisinə qanunsuz minməsi ilə bağlı olub. Neft şirkəti üzən LNG saxlama və boşaltma qurğusunu Şimal dənizindəki “Pinqvinlər” yatağına aparmaq üçün ağır yük daşıyıcısından istifadə edib. Dənizdə qazma işlərinə etiraz edən dörd fəal “The White Marlin” gəmisinə qalxıb və yalnız 13 gün sonra Norveçə çatdıqda gəmini tərk edib.

Bundan sonra “Shell” ekoloji fəalların hərəkətlərini "təhlükəli və qeyri-qanuni" adlandıraraq, məhkəməyə müraciət edib. “Greenpeace” iddianın məbləğinin 8,6 milyon dollar (əslində isə 1 milyon dollar) olduğunu eşidib və ilk günlər neft şirkətinin mövqeyini onları qorxutmaq cəhdi kimi qiymətləndirib.

Agentlik bildirir ki, məhkəmənin qərarına görə, “Greenpeace” Krallığın sularda xilasetmə cəmiyyətinə 300 min funt sterlinq köçürəcək və bir müddət Şimal dənizindəki dörd “Shell” obyektində etiraz aksiyalarından çəkinəcəyinə zəmanət verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır