Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-07,
Seanews
Heyder Eliyev

"The Guardian": Dəniz səviyyəsinin qalxması böyük neft limanlarını təhlükə altında qoya bilər

Dəniz səviyyəsi bir metr qalxarsa, dünyanın ən böyük neft limanları su altında qala bilər.

APA xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian“ qəzeti İsveç iqlim təşkilatı Beynəlxalq İqlim Təşəbbüsünün (ICCI) araşdırmasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Çin, Hollandiya, BƏƏ, Koreya Respublikası, Rusiya, Səudiyyə Ərəbistanı, Sinqapur və ABŞ-da 13 liman risk altındadır. Krallığın neftinin 98%-ni ixrac etdiyi Səudiyyə Ərəbistanındakı Ras Tannur və Yanbu limanlarının həssas nöqtələrdən olduğu bildirilir.

Təşkilatın məlumatına görə, hazırda XXI əsrdə dəniz səviyyəsinin 1 metr qalxması qaçılmaz proses kimi görünür. Alimlərin fikrincə, karbon emissiyaları azalmasa, bu ssenari 2070-ci ildə reallaşa bilər.

Mütəxəssislər qeyd ediblər ki, bərpa olunan enerji mənbələrinə keçid qlobal istiləşmənin artmasının qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, siyahıda qeyd olunan 13 liman 2023-cü ildə qlobal neft ixracının təxminən 20%-ni təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır