Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-15,
Seanews
Heyder Eliyev

Mayeləşdirilmiş təbii qaz daşıyan “MOL Azure” tezliklə ilk səfərinə çıxacaq

“Hanwha Ocean Group”-un Cənubi Koreyadakı gəmiqayırma zavodunda “Mitsui O.S.K. Lines”-in (“MOL”) törəmə şirkətinin sifarişi ilə inşa edilən LNG tankerinin adqoyma mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, “MOL”-un açıqlamasında belə deyilir.

“MOL Azure” adlandırılan gəmi “TotalEnergies”-in törəmə şirkəti olan “TotalEnergies Gas & Power Limited” (“TGPL”) ilə bağlanmış taym-çarter müqaviləsi əsasında tezliklə ilk səfərinə çıxacaq.

“TGPL” tərəfindən icarəyə götürülmüş ikinci LNG daşıyıcısı olacaq gəmi anbarlarına ilk yükü  ABŞ limanında qəbul edəcək.

Uzunluğu 294,9 metr, eni 46,4 metr olan tankerin anbarlarının ümumi tutumu 174 min kv.metrdir. “ME-GA” mühərrikləri (“MAN ES”) ilə təchiz edilən gəmini “MOL LNG Ship Management” (“MOL”-un törəmə şirkəti) idarə edəcək.

Qeyd edək ki, beynəlxalq xətti gəmiçilik şirkəti “Mitsui O.S.K. Lines” (“MOL”, Tokio) bütün dünyada həftəlik xətti və logistika xidmətlərinin ən böyük və ən çoxşaxəli şəbəkələrindən birini idarə edən 441 şirkətdən ibarət multimodal nəqliyyat qrupudur. Donanmasına ümumi dedveyti 50 milyon tondan çox olan müxtəlif tipli təxminən 700 gəmi daxildir.

“TotalEnergies” isə dünyanın üçüncü ən böyük LNG istehsalçısıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır