Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-23,
Seanews
Heyder Eliyev

“Navig8” şirkəti “ADNOC L&S”-ə məxsus 20 tankerin kommersiya idarəçiliyini öz üzərinə götürüb

“Navig8” beynəlxalq operatoru BƏƏ-də yerləşən “ADNOC Logistics and Services” (“ADNOC L&S”) şirkətinə məxsus 20 tankerdən ibarət donanmanın kommersiya idarəçiliyini öz üzərinə götürüb.

Seanews.az” xəbər verir ki, bu gəmilərin səkkizi “VLCC” ölçülü neft tankeri, səkkizi “LR2” tipli və dördü “LR1” tipli tankerlərdir.

Xatırladaq ki, “ADNOC L&S” şirkəti 2025-ci il yanvarın 9-da “Navig8”-in səhmlərinin 80%-ni satın aldığını, səhmlərin qalan 20%-ni isə 2027-ci ilin ortalarında almaq niyyətində olduğunu bildirmişdi.

Hazırda 32 gəmidən ibarət tanker donanması ilə beynəlxalq operator olan “Navig8” şirkəti 2007-ci ildə yaradılıb. 5 qitənin 15 şəhərində ofisləri olan qrup dünyada 1000-dən çox limana bunker yanacağı tədarük edir və dəniz sektoruna xidmət göstərən şirkətlərə investisiyalarda iştirak edir.

“ADNOC L&S” (Əbu-Dabi, BƏƏ) üç biznes bölməsindən ibarətdir və inteqrasiya olunmuş dəniz logistika həlləri üzrə regionun aparıcı təchizatçısıdır. 50 ölkədə 100-dən çox müştərini enerji resursları ilə təmin ediən şirkət son iki ildə səkkiz VLCC xam neft tankeri, altı ərzaq məhsulları daşıyan gəmi, beş VLGC dəniz qaz daşıyıcısı və altı LNG daşıyıcısı da daxil olmaqla 25 okean gəmisi əldə etmişdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır