Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-26,
Seanews
Heyder Eliyev

İspaniyanın “Navantia” şirkəti Hindistan üçün altı sualtı qayığın inşasında iştirak etməyəcək

Hindistanın Müdafiə Nazirliyi İspaniyanın “Navantia SA” şirkətinin sualtı qayıq layihəsinə dair təklifini rədd edib.

Bu barədə “Seanews.az” “ANI” agentliyinə istinadən xəbər verir.

Xatırladaq ki, altı dizel-elektrik sualtı qayığın tikintisi üzrə müqavilənin dəyəri 6 milyard dollardır.

Layihə uğrunda Almaniyanın müdafiə istehsalçısı “ThyssenKrupp Marine Systems” Hindistanın dövlət gəmiqayırma zavodu “Mazagon Dock Shipbuilders Ltd” ilə tərəfdaşlıq çərçivəsində özəl gəmiqayırma şirkəti “Larsen & Toubro Ltd.” və İspaniyanın “Navantia SA” şirkəti ilə mübarizə aparacaqdı.

Hindistan Müdafiə Nazirliyi müəyyən edib ki, “Larsen & Toubro Ltd.”-nin “Navantia SA” ilə birgə təklifi ölkənin Hərbi Dəniz Qüvvələrinin tələblərinə cavab vermir.

Onu da xatırladaq ki, altı sualtı qayığın tikintisi üzrə tender 2024-cü ilin dekabrında dayandırılmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır