Danimarka boğazlarında neft daşıyan tankerlərə nəzarət gücləndirilir
Danimarka Dəniz Administrasiyası Skagen limanında tankerlərin təhlükəsizlik, ətraf mühitin və dənizçilərin mühafizəsi qaydalarına riayət etməsini təmin etmək üçün səyləri gücləndirir.
"Seanews.az" xəbər verir ki, Danimarka Dəniz Administrasiyasının press-relizində belə deyilir.
Tədbirlər Skandinaviya və Yutlandiya yarımadaları arasında Danimarka boğazından keçən, Baltik dənizini Şimal dənizi ilə birləşdirən köhnə neft tankerlərinin aktiv hərəkəti və “dəniz təhlükəsizliyinə, ətraf mühitə və dənizçilərin özləri üçün risk yaratması” ilə əlaqədar həyata keçirilir.
Press-relizdə həmçinin bildirilir ki, Danimarka Dəniz Administrasiyası Skagendə lövbər salmış və ölkə sularından keçməsi təhlükəli sayılan gəmilərə nəzarəti həyata keçirir. Tankerlər isə yüksək riskli gəmilər hesab edildiyi üçün onlara xüsusi diqqət yetirilir.