"Diana Shipping" qaz daşımaları sektoruna daxil olur
Yunanıstanın "Diana Shipping" şirkəti iki ədəd LPG daşıyıcısının tikintisi üçün İspaniyanın "Tradewind Tankers" şirkəti ilə qurulmuş birgə müəssisəyə sərmayə qoyub.
"Seanews.az" xəbər verir ki, 2027-ci ildə təhvil verilməsi gözlənilən gəmilərin hər biri 7500 kubmetr LPG daşımaq imkanına malik olacaq.
Bu sərmayə ilə "Diana Shipping" qaz daşımaları sektoruna daxil olduğunu elan edib.
Qeyd edək ki, “Diana Shipping Inc.” quru yük donanmasına və berboat çarter gəmilərinə malik olan beynəlxalq daşıma şirkətidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır