Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-21,
Seanews
Heyder Eliyev

Tayvan LNG idxal etmək üçün yeni gəmilər alacaq

Tayvanın ən böyük neft və qaz korporasiyası “CPC Corporation” adaya mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üçün üç gəmi almağı planlaşdırır.

“Seanews.az” ”TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

May ayında “CPC” növbəti iki ay ərzində LNG idxalını təmin etmək üçün bir gəmi əldə edib. Tayvanın son 30 gündə orta xammal alış həcmi artıq belə bir dövr üçün rekorda çevrilib.

Adada fəaliyyət göstərən yeganə atom elektrik stansiyasının sonuncu reaktoru “Maanşan” mayın 17-də fəaliyyətini dayandırıb. 2018-ci ildən Tayvan səlahiyyətliləri, hər dəfə LNG idxalının illik xərclərini 500 milyon dollar artıraraq altı reaktoru bağlayıb. Enerjiyə artan tələbatı nəzərə alaraq, ada hökumətinin 2030-cu ilə qədər bu xammalın alınmasına hər il əlavə 2 milyard dollar xərcləyəcəyi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır