



İkinci üzən qazlaşdırma qurğusu İsgəndəriyyə limanına gəlib
Mayeləşdirilmiş təbii qazın (LNG) saxlanması, yenidən qazlaşdırılması və daşınması üçün ikinci üzən qurğu “FSRU Energos Power” Misirin İsgəndəriyyə limanına çatıb.
“Seanews.az” xəbər verir ki, Misir Qaz Şirkətləri Holdinqinin (“EGAS2) Amerikanın “New Fortress” şirkətindən icarəyə götürdüyü 174 min kubmetr tutumlu “Energos Power” gəmisi Almaniyadan gəlib.
İmzalanmış müqavilələrə əsasən, Misirə daha iki analoji üzən qurğunun gəlməsi gözlənilir.
Misir hökuməti iyul-sentyabr aylarında müşahidə olunan tələbatın pik dövrlərində elektrik stansiyalarının sabit işləməsini təmin etmək məqsədilə LNG-nin qəbulu infrastrukturunun artırılması üçün tədbirlər görür.
“Energos Power” Almaniyanın Sassnitz limanına 2024-cü ilin fevral ayının sonunda Mukran limanının terminalında mayeləşdirilmiş təbii qaz qəbul etmək üçün gəlib.