

Ceyhan limanı 7 milyon tondan çox yük qəbul edib
Bu ilin yanvar - mayında Türkiyənin Ceyhan limanı 7 milyon 862 min 658 ton yük qəbul edib.
"Seanews.az" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, Ceyhan limanından Türkiyə bayrağı altında üzən 152 min 777 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 7 milyon 709 min 881 ton yük daşınıb.
Bu dövrdə limandan tranzit 11 milyon 973 min 255 ton yük aşırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır