Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-15,
Seanews
Heyder Eliyev

TPAO donanmasına iki yeni qazma gəmisi əlavə edib

Türkiyə Petrolları Anonim Ortaklığı (TPAO) şirkəti dənizdə aparılan axtarış və qazma fəaliyyətlərini gücləndirmək məqsədilə donanmasına iki yeni dərin dəniz qazma gəmisi əlavə edib.

"Seanews.az" xəbər verir ki, gəmilər Norveç mərkəzli "Eldorado Drilling" şirkətindən alınıb. 

"West Draco" 2014-cü il, "West Dorado" isə 2015-ci il istehsalıdır. Gəmilərin hər biri üçün 245 milyon ABŞ dolları ödənilib.

Bu yeni alışlarla birlikdə TPAO-nun dəniz qazma donanmasındakı ümumi gəmi sayı 6-ya çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır