Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-28,
Seanews
Heyder Eliyev

"China Merchants Nanjing Tanker"-in mənfəətində 50%-dən çox azalma qeydə alınıb

Çinin "China Merchants Nanjing Tanker" şirkəti 2025-ci ilin ilk yarısında həm gəlirlərində, həm də mənfəətində ciddi azalma qeydə alıb. 

"Seanews.az" xəbər verir ki, dövr ərzində şirkətin əməliyyat gəliri 2,77 milyard yuan olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,4% azalma deməkdir. Səhmdarlara aid xalis mənfəət isə 570 milyon yuan təşkil edib və bu, illik müqayisədə 53,3% geriləmədir.

Nəticələrin pisləşməsi əsasən qlobal neft məhsulları daşımalarının qeyri-sabitliyi, fraxt qiymətlərində kəskin eniş və köhnə gəmilərin satışından irəli gəlib. 

"Nanjing Tanker" vurğulayıb ki, vəziyyətə uyğunlaşmaq üçün mayelərin daşınması üzrə əsas fəaliyyətini gücləndirəcək, donanma strukturunu optimallaşdıracaq və yüksək əlavə dəyərli bazarlara çıxışını genişləndirəcək.

Hazırda şirkətin donanması 74 gəmidən ibarətdir və ümumi daşıma qabiliyyəti 2,85 milyon ton təşkil edir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır