Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

ASCO gəmilərinin iştirakı ilə “Neptun” qurğusunun yedəklənməsi əməliyyatı başlayıb

AZCON Holding şirkətlərindən olan ASCO gəmilərinin iştirakı ilə 18 oktyabr tarixində “Neptun” özüqalxan qazma qurğusunun dənizdə fəaliyyət göstərəcəyi sahəyə – “Ümid” platforması ərazisinə yedəklənməsi əməliyyatı başlayıb.

Yedəkləmə əməliyyatında ASCO-nun “Mərdəkan”, “Zirə” və “Andoqa” təchizat-yedək gəmiləri iştirak edirlər.

Xatırladaq ki, “Neptun” özüqalxan qazma qurğusu bu ilin iyun ayında modifikasiya işləri üçün ASCO-nun gəmilərinin dəstəyi ilə Xəzərin Türkmənistan sektorundan ölkəmizə gətirilmişdi. Həmin əməliyyat “Hövsan”, “Hövsan-2”, “SOCAR-1”, “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmilərinin iştirakı ilə həyata keçirilmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır