Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

"PV Drilling" qazma qurğusunun icarəsi üzrə müqavilə bağlayıb

Vyetnamın “Petrovietnam Drilling and Well Service Corporation” (PV Drilling) şirkəti “Phu Quoc Petroleum Operating Company” (PQPOC) ilə öz “jack-up” tipli "PV Drilling VI" qazma qurğusunun icarəsi üzrə müqavilə bağlayıb.

"Seanews.az" xəbər verir ki, qurğu Cənub-Qərbi Vyetnam sahillərində yerləşən "Block B" qaz yatağında 2027-ci ildə həyata keçiriləcək hasilat qazma proqramında istifadə olunacaq.

Razılaşmaya əsasən, qurğu təxminən 305 gün ərzində 40 hasilat quyusunun qazılmasını təmin edəcək. Qazma əməliyyatlarının 2027-ci ilin mart–avqust ayları arasında başlanması planlaşdırılır.

Müqavilənin maliyyə şərtləri açıqlanmayıb.

Hazırda "PV Drilling VI" qurğusu Malayziyada fəaliyyət göstərir və 2027-ci ilin əvvəlinə qədər həmin regionda qalacaq.

Şirkətdən verilən məlumata görə, PQPOC şirkətinə qurğunun təmin edilməsinə dair imzalanan bu müqavilə PV Drilling üçün həm maliyyə sabitliyi və gəlirlilik, həm də daxili qazma bazarındakı payın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu addım “Petrovietnam” konserninin törəmə şirkətləri arasında dəyər zəncirinin optimallaşdırılması strategiyasına da uyğun gəlir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır