Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Neft Daşları” yatağında yeni quyu istismara ver

“Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2668 nömrəli quyu qazmadan sonra istismara verilib.  Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1536-1532 metr intervaldan sutkalıq 12 ton neft və 1000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır