Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-11-30,
Seanews
Heyder Eliyev

AR-la “Özbəkneftqaz” birgə yataqlar işləyə

SOCAR-la “Özbəkneftqaz” arasında yataqların birgə işlənməsinə dair Memorandum imzalanıb. Daşkənddə keçirilən “Özbəkistanda Neft və Qaz-OGU 2017” adlı XXI Beynəlxalq sərgi və konfransı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və Özbəkistan Baş nazirinin müavini Qulamcon İbrahimov arasında görüş keçirilib. AZƏRTAC-a istinadən “SEANEWS.AZ” xəbər verir ki, görüşdə Azərbaycanla Özbəkistan arasında əlaqələrin genişləndirilməsi qeyd olunub.  Bildirilib ki, ölkələrimiz arasında bütün sahələrdə o cümlədən neft-qaz sahəsində əməkdaşlıq durmadan inkişaf edir. Görüşdə SOCAR və “Özbəkneftqaz” arasında əməkdaşlığın daha da inkişafı istiqamətində geniş fikir mübadiləsi edilib. Eyni zamanda , Azərbaycan və Özbəkistanda yataqların birgə işlənməsi ilə bağlı da müzakirələr aparılıb. Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Özbəkneftqaz”ın sədri Alişer Sultanov SOCAR-la “Özbəkneftqaz” arasında yataqların birgə işlənməsi ilə bağlı Memorandum imzalayıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır