Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

-ın inşası üzrə işlərin 40,3 faizi görü

TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentini təşkil edir. Layihənin  inşası üzrə işlərin 40,3 faizi görülüb. Boru kəmərinin ümumi dəyəri 4,5 milyard avrodur.  “Seanews.az” xəbər verir ki, bunu İtaliyanın Parlamentlə əlaqələr naziri Anna Finoççiaro deyib. Onun sözlərinə görə, TAP-ın İtaliya ərazisindən keçən 8 kilometrlik hissəsinin tikintisi  uğurla davam etdirilir. Ətraf mühitə təsirin minimuma endirilməsi üçün boru kəmərinin İtaliya ərazisində meşələrdəki tikinti dəhlizinin eni 18 metrə endirilib. TAP-ın bu ölkədə digər ərazilərdəki tikinti dəhlizinin eni 38-28 metr təşkil edir. Nazir bildirib ki, Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi İtaliya üçün strateji əhəmiyyət kəsb edir. “Bu layihə davamlı inkişaf məqsədlərinə nail olmaq baxımından ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. Həmçinin TAP 2020-ci ildə Xəzər dənizi regionundan yeni qaz mənbəyinin İtaliyaya gəlişinə imkan verəcək və ənənəvi enerji mənbələrinə alternativ olacaq”, – deyə Anna Finoççiaro qeyd edib. Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamıdır. Bu kəmər Azərbaycan qazının Yunanıstan və Albaniya ilə Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri Yunanıstanın Türkiyə sərhədində TANAP-la birləşəcək. Daha sonra Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə – Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxaraq bu ölkənin qaz nəqli şəbəkəsinə bağlanacaq. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. TAP səhmdarlarının pay bölgüsü belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır