Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-07,
Seanews
Heyder Eliyev

Azərbaycanın Belarusa göndərdiyi neft Odessa limanına gətiriləcək

Belarusa çatacaq 94 min ton Azərbaycan neftini daşıyan tanker sentyabrın 24-də Ukraynanın Odessa şəhərinin limanına gələcək.

“Report” xəbər verir ki, bu barədə Belarusun “Belneftekhim” dövlət şirkətindən mətbuata bildiriblər.

Bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 26-27 avqust tarixində Türkiyənin Ceyhan limanından 93-94 ton neft yükünü Belarusa yola salacaqlarını bildirmişdi.

Bu ilin mart-aprel aylarında isə “SOCAR Trading” törəmə şirkəti tərəfindən Odessa limanı və Odessa-Brodı neft boru kəməri vasitəsilə Belarusa dörd dəfəyə 335 min tonadək neft göndərilib. Belarus tərəfinin məlumatına görə, bütövlükdə il ərzində Azərbaycandan 1 milyon tonadək neft ala bilərlər.

Qeyd edək ki, bu il Rusiya ilə neft idxalı məsələsində razılaşa bilməyən Belarus Azərbaycan, Səudiyyə Ərəbistanı, Norveç və ABŞ neftini də idxal edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır