Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Azneft” üzrə nə qədər neft və qaz hasil edi

Bu ilin yanvar-may ayları ərzində SOCAR-ın “Azneft” İstehsalat Birliyi üzrə 2 mln. 567,9 min ton neft və 2 mlrd. 132,1 mln. kubmetr qaz hasil edilib. “Azneft”dən verilən məlumata görə, yataqların tammiqyaslı  istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Həyata keçirilmiş qazma işləri nəticəsində, ilin ilk 5 ayı ərzində “Azneft”-in sifarişi əsasında 20 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 21468 ton neft hasil edilib. Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün  ilin əvvəlindən 267 geoloji tədbir keçirilib. Nəticədə 72015 ton neft hasil edilib. Bu da plana qarşı 45 tədbir çox və 29075 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 17086 ton plana qarşı 21619 ton neft hasil edilib. Ötən beş ayda fəaliyyətsiz quyu fondundan 25 quyu nəzərdə tutulduğu halda, 49 quyu istismara qaytarılıb. Bu quyulardan isə 14991 ton əlavə neft alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır