opa Yenidənqurma və İnkişaf Bankının TANAP-a kredit ayıracağı gözlən
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yaxın aylarda Transanadolu qaz kəməri (TANAP) layihəsi üçün 500 milyon dollar kredit ayırması barədə qərar qəbul edəcəyi gözlənilir. Bu məlumat bankdakı mənbədən verilib. Məlumata görə, AYİB tərəfindən maliyyələşən bütün layihələrin müəyyən meyarlara uyğunluğu tələb olunur. Qeyd edək ki. TANAP-la əlaqədar meyarlara ekoloji və sosial standartlara uyğunluq, o cümlədən əhalinin sağlamlığının, təhlükəsizliyinin, boru kəmərinin marşrutu boyunca biomüxtəlifliyin mühafizəsi daxildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır