Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

dər Əliyev adına Neft Emalı Zavodunda üç qurğu istifadəyə ver

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində susoyutma qurğusunun istismara verilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər. Susoyutma qurğusuna gələn SOCAR prezidenti onu müşaiyət edən şəxslərlə birgə qurğuya baxış keçirib, onun iş rejimi ilə tanış olublar. Bildirilib ki, SOCAR-ın ”Neftqaztikinti” Tresti tərəfindən 2015-ci ildən  tikilən susoyutma qurğusunun baza layihəsi zavodla Fransanın “Hamon Thermal Europe” firması, texnoloji qurğulara ötürülən təmizlənib və soyuq su xətlərinin çəkilişi layihəsi isə “Neftqazelmitədqiqatlayihə“ İnstitutu tərəfindən işlənilib. Qurğunun dövr etdirilən suya görə məhsuldarlığı saatda 7000 kubmetrdir. Qurğunun istismara buraxılması texnoloji qurğuların soyutma suyu ilə fasiləsiz və daha etibarlı təminatına imkan verəcək, kənar mənbələrdən suyun alınması asılılığı aradan qaldırılacaq, qurğulardan qayıdan dövrü su 45ºC temperaturdan 32ºC temperatura qədər soyudularaq təkrarən dövriyyəyə qaytarılacaq. İsti yay aylarında qurğuların fasiləsiz su ilə təmin edilməsi alınan neft məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına, eləcə də itkilərin azaldılmasına imkan yaradacaqdır. Qurğu eyni funksiyalı iki bölmədən ibarətdir və bölmələrin hər biri sərbəst işləyə bilir. Soyudulmuş suyun qurğulara verilməsi xətlərində təzyiqin, temperaturun və sərfin ölçülməsi üçün nəzarət-ölçü və avtomatika cihazları quraşdırılıb. Qurğuda su itkisinin kompensasiya olunması məqsədi ilə Ceyranbatan sistemindən əlavə xətlər, habelə elektrik enerjisi ilə təminatın gücləndirilməsi üçün ərazidə inşa edilmiş yeni elektrik yarımstansiyasından yeraltı və yerüstü gərginlik xətləri çəkilmişdir. Susoyutma qurğusunun yanğınsöndürmə sistemi üçün hər birinin gücü saatda 130 kubmetr olan 2 (1 işçi, 1 ehtiyat) nasos quraşdırılmış, işçi heyəti üçün operator otağı inşa edilib. Daha sonra R. Abdullayev və onu müşayiət edən şəxslər illik məhsuldarlığı 779840 ton olan 54 nömrəli doymuş amin məhlulunun regenerasiyası qurğusunda aparılan yenidənqurma işləri ilə tanış olublar. Baxış zamanı SOCAR prezidentinə məruzə edilib ki, 54 nömrəli regenerasiya qurğusunda aparılan modernizasiya işlərindən sonra “Azərkimya” İstehsalat Birliyinə nəql olunan quru qazın keyfiyyəti yaxşılaşdırılmış, eləcə də ildə 6000 ton kaustik sodaya qənaət olunub. Qurğunun quru qazın təmizlənməsi bölməsində metil-dietanol amin məhlulu hidrogen sulfidlə doyandan sonra regenerasiya olunaraq yenidən təmizlənmə prosesinə qaytarılır. Proses demək olar ki, metil-dietanol amin məhlulunun itkisi olmadan və ətraf mühitə zərər vermədən davam etdirilir. Sonda SOCAR rəhbərliyi 1980-ci ildən istismarda olan katalitik riforminq qurğusuna baxış keçirib. Burada qeyd olunub ki, qurğuda mövcud nəzarət-ölçü və avtomatika cihazları ən müasir XPERİON PKS tipli yeni avtomatik idarəetmə sistemi ilə əvəz edilib. Bu sistem idarəetmədə insan amilini minimuma endirməklə yanaşı, qurğunun istismarı zamanı təhlükəsizliyin tam təminatına da imkan yaradır, istehsal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə müsbət təsirini göstərir. Zavodda aparılan yenidənqurma və müasirləşdirmə tədbirlərindən razılığını bildirən R. Abdullayev yeni istehsalat obyektlərinin istifadəyə verilməsini bu istiqamətdə davam etdirilən işlərin növbəti mərhələsi kimi qiymətləndirib, qurğuların zavodun fəaliyyətində, emalçıların iş şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır