Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

z ödənişi ərəfəsində SOCAR istiqrazlarinin satışı və qiyməti ar

Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR istiqrazlarına tələbat olduqca artıb. SOCAR İstiqrazlarının təkrar bazarı üzrə marketmeykeri olan “PSG Kapital” investisiya şirkətindən AZƏRTAC-a bildirilib ki, son günlər fiziki və hüquqi şəxslər tərəfindən istiqrazların alışı üçün müraciətlərin sayı artmağda davam edir. Marketmeyker bildirir ki, istiqrazların alınması üçün sifarişlərin həcmi müxtəlifdir: “Bəzi fiziki şəxslər 2-3 istiqraz almaq üçün sifariş versələr də, digər sifarişlərin həcmi 100-200 ətrafındadır”. Son günlər xüsusilə hüquqi şəxslərin istiqrazlara marağının yüksəlməsi müşahidə olunur. Bu aktivlik nəticəsində istiqrazların təkrar bazarda dövriyyəsinin başlandığı 2016-cı ilin oktyabrından indiyədək SOCAR istiqrazları ilə əməliyyatların həcmi 85 milyon dollara çatıb. İstiqrazlara tələbatın artması onların qiymətinə də təsir edib. Son aylar SOCAR istiqrazlarının qiyməti davamlı şəkildə artır və hazırda təkrar bazarda istiqrazların alış qiyməti 1010 dollar, satış qiyməti isə 1013-1014 dollar arasında dəyişir. Fond bazarı ekspertləri bildirir ki, istiqrazlara tələbatın daha da artması həm qarşıdan gözlənilən faiz ödənişi, həm də istiqrazların etibarlı və gəlirli maliyyə aləti kimi tanınması ilə əlaqədardır. Qeyd edək ki, iyulun 17-də SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi həyata keçiriləcək. Faiz ödənişi çərçivəsində istiqraz sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1,25 milyon vəsait ödəniləcək. Bununla da, dövriyyəyə buraxıldığı müddətdən indiyədək istiqrazlar üzrə ödənilən faizlər 3,75 milyon dollara çatacaq. SOCAR istiqrazları hazırda əhali tərəfindən ən çox alınan qiymətli kağız sayılır. İstiqrazların əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1000 (min) dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür. Nominal qiyməti 1000 (min) dollar olan istiqrazların illik gəlirliliyi 5 faiz və ya hər istiqraz üzrə ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. Birinci və ikinci faiz ödənişləri yanvarın 17-si və aprelin 17-də həyata keçirilib. 2017-ci il ərzində SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişləri iyulun 17-si və oktyabrın 17-də baş tutacaq. SOCAR istiqrazlarını əldə etmək üçün 1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərinə və ya *19 99 qaynar xəttinə müraciət etmək olar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır