Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

AR-AQŞ “Günəşli’’ yatağındakı 323 saylı quyuda qazma işlərinə başla

SOCAR-AQŞ “Günəşli’’ yatağındakı 7 saylı stasionar dəniz özülündə 323 saylı quyuda qazma işləri həyata keçirir. Şirkətdən bildiriblər ki, 323 saylı quyunun Balaxanı X horizontuna qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 2770 metr təşkil edir. SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir. Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir. Xatırladaq ki, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır