Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

rbaycan və Çin neft şirkətlərinin rəhbərləri görüşüb

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çin Xalq Respublikasının Milli Neft Şirkətinin (CNPC) Bakıda səfərdə olan prezidenti Vanq Yilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Rövnəq Abdullayev SOCAR ilə CNPC arasında faydalı əməkdaşlığın mövcud olduğunu və bu əməkdaşlığın dövlətlərarası münasibətlərin möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyini bildirib. Qeyd edib ki, qarşılıqlı səfərlər və görüşlər əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanlar açır. CNPC şirkətinin prezidenti Vanq Yilin deyib ki, Çin və Azərbaycanın dövlət rəhbərləri iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə böyük önəm verirlər və bu istiqamətdə şirkətlərarası əməkdaşlığın dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakının qədim neft diyarı olduğunu və Azərbaycanın təbii sərvətlərlə zənginliyini vurğulayan qonaq CNPC şirkətinin müxtəlif sahələrdə SOCAR ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu söyləyib. Onun sözlərinə görə, CNPC spesifik müasir texnologiyalara malikdir və bu texnologiyaların Azərbaycanda həyata keçirilən layihələrə tətbiqi ölkənin təbii sərvətlərinin effektiv reallaşdırılmasına xidmət edə bilər. SOCAR və CNPC arasında GPC layihəsi üzrə imzalanan memorandumun bu layihənin inkişafına təkan verdiyini xatırladan Vanq Yilin Çin hökumətinin GPC-yə mühüm əhəmiyyət verdiyini vurğulayıb.  Görüş zamanı Çin Xalq Respublikasının prezidenti cənab Si Tszinpinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü və onun çərçivəsində müntəzəm olaraq keçirilən “İpək Yolu” zirvə görüşlərinin əhəmiyyəti vurğulanıb, Azərbaycanın neft-qaz sektorunun bu təşəbbüsə verə biləcəyi töhfə müzakirə edilib. Bildirilib ki, Azərbaycan tərəfi SOCAR GPC layihəsində Çin investorları və şirkətlərinin aktiv iştirakını hərtərəfli dəstəkləyir. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır