Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

G “Şahdəniz Mərhələ 2” layihəsinin icrası ilə bağlı “Saipem”-in sifarişini yerinə yet

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Şahdəniz Mərhələ 2” layihəsinin icrası ilə bağlı “Saipem” şirkətinin sifarişinə uyğun olaraq Bakı Dərin Özüllər Zavoduna gələn  və “ATA yard”ın ( Amec-Tekfen-Azfen) ərazisindəki kanalların dərinləşdirilməsi işini uğurla başa çatdırıb. Layihənin birinci mərhələsində Bakı Dərin Özüllər Zavodundan platformanın ayaqları çıxarılıb. Bu məqsədlə uzunluğu 349, eni 95 metr olan ərazi qazılaraq dərinləşdirilib. Burdan çıxarılan süxurun həcmi 23, 300 m3 olub. İkinci mərhələdə “SDB-QU” qurğu dayağı Bakı Dərin Özüllər Zavodu ərazisindən çıxarılıb, “SDB-PR” (istehsalat modulu) və “SDB-QU” (yaşayış modulu) modullarının konstruksiya  olunduğu “ATA yard”ın ( Amec-Tekfen-Azfen) ərazisindən çıxarılması işlərinə başlanılıb. Bunun üçün əvvəlcə  kanallar qazılıb və platforma AXDG-nin “STB1” barjına yüklənərək təyinat yerinə aparılacaq.  “ATA  yard” akvatoriyasından indiyədək  284,555 m3 həcmində süxur çıxarılıb. Dibdərinləşdirmə layihəsinin icrasına bir  torpaq qazan  (“Mühəndis Balarza Məmmədov”), bir lövbər atan ( “Abşeronskaya-6”) , üç torpaqdaşıyan (“Bakinskaya 3”, “Bakinskaya 5”, “Bakinskaya 6”) və bir sərnişin  (“İlham Allahverdiyev”) gəmisi olmaqla, ümumilikdə altı gəmi cəlb olunub. Bunlardan “Bakinskaya 6” gəmisi sonradan “AXDG” QSC rəhbərliyinin tapşırığı ilə layihənin icrasını sürətləndirmək məqsədilə alınıb. Eyni zamanda işlərin düzgün həyata keçirilməsi, dərinliyin dəqiq təyin olunması, iş həcminin müəyyənləşdirilməsi üçün prosesə “Orion 12” tipli gəmi də cəlb olunub. Həmin gəminin üzərində müasir dibölçmə avadanlığı quraşdırılıb. Qeyd olunan gəmilərin Bakı Dərin Özüllər Zavodunun akvatoriyasında kanala mobilizasiyası 2016-cı ilin dekabrında tamamlanıb və  dibdərinləşdirmə işlərinə başlanılıb. Həmin işlər 2017-ci ilin yanvarında  yekunlaşdırılıb və növbəti əraziyə mobilizasiyaya olub. “ATA yard”ın akvatoriyasında dibdərinləşdirmə işləri 2017-ci ilin yanvarında başlayıb və işlər iyun ayında sona çatıb. Ən əsası odur ki, 130-dan çox (120-i dənizçi olmaqla) canlı qüvvənin cəlb olunduğu iş xəsarətsiz başa çatdırılıb. Hər hansı kiçik də olsa xoşəgəlməz hal baş verməyib. İş icraçılarının sözlərinə görə,  layihəyə hazırlıq elə də asan olmayıb.  İcraya başlamazdan əvvəl 12  adda ( 40 vərəqdən ibarət)  prosedur tərtib edilib və müştəri tərəfindən təsdiqlənib. Həmin prosedurlar bunlardır: SƏTƏM proseduru SƏTƏM üzrə interfeys proseduru Qəza hallarına cavab tədbirləri proseduru Layihə planı proseduru Layihəyə hazırlıq və mobilizasiya proseduru Dibdərinləşdirmə və süxurların basdırılması proseduru Dəniz dibi dərinlik ölçmə proseduru Açıq dənizdə lövbər əməliyyatları proseduru Körpü yaxınlığında lövbər əməliyyatları proseduru Sahil dirəklərinə bərkitmə üçün Metodologiya Keyfiyyət planı proseduru Keyfiyyətə nəzarət proseduru Xatırladaq ki, layihə ölkəyə xarici valyuta gətirmək baxımından olduqca əhəmiyyətlidir. Digər tərəfdən bu əməkdaşlıq  təcrübə qazanmaq üçün də vacib sayılır. “Şahdəniz Mərhələ 2” və ya Yatağın tam miqyaslı İşlənməsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng layihədir. Bu layihə yeni “Cənub qaz Dəhlizi” ilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. Layihə nəticəsində “Şahdəniz Mərhələ 1” dən hazırda hasil olunan illik 9 milyard kubmetr qazdan əlavə 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır