Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

AR I yarımillikdə Supsa limanından neft ixracını 8% artı

SOCAR 2017-ci ilin birinci yarısında Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilmiş 1 mln. 315,184 min ton Azərbaycan nefti ixrac edib.  Qurumdan verilən məlumata görə , 2016-cı ilin birinci yarısında SOCAR Supsa limanından 1 mln. 217,067 min ton neft ixrac edib. Beləliklə, cari ilin yanvar-iyun aylarında Supsa limanından ixracın həcmi 8,1% artıb. 2017-ci ilin iyun ayında şirkət Supsa limanından 176,139 min ton neft yola salıb. Ötən il SOCAR sözügedən limandan 2 mln. 383,854 min ton neft nəql edib. Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqları blokunun işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır