Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

AP-a daha bir ölkə qoş

2017-ci ilin sonunadək Türkiyə və İsrail Avropaya qaz nəqlini nəzərdə tutan boru kəmərinin tikintisinə dair hökumətlərarası sazişi imzalamağı planlaşdırır. Bu barədə Türkiyə mətbuatında İsrailin milli infrastruktur, energetika və su təchizatı naziri Yuval Ştaynits bildirib. Onun sözlərinə görə, kəmərin tikintisinə dair qərar tərəflər arasında aparılan dörd mərhələdən ibarət danışıqlardan sonra qəbul olunub. Qərara əsasən, Aralıq dənizində yerləşən Leviafan qaz yatağından Türkiyə sahillərinədək, oradan isə  TANAP kəmərinədək borunun tikintisi aparılacaq. Nazir qeyd edib ki, İsrail həmçinin Kipr və Yunanıstan üzərindən İtaliyaya ikinci qaz kəmərinin tikintisini də planlaşdırır. Y. Ştaynits iddia edir ki, ölkəsi hər iki kəməri qazla təmin etmək iqtidarındadır. Xatırladaq ki, İsrailin Hayfa şəhərindən 130 km aralıqda Aralıq dənizinin şelfində yerləşən Leviafan yatağı 2010-cu ildə kəşf olunub. Yatağın ehtiyatları 500-600 mlrd. kubmetr həcmində qiymətləndirilir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır