� neft hasilatında bəzi OPEC ölkələrini qabaqlay
Yaxın 3 ildə ABŞ-ın neft ixracı 2016-cı il səviyyəsini 4 dəfə üstələyəcək və bir sıra OPEC üzvü olan ölkələrdən daha çox olacaq. “PIRA Energy” konsaltinq şirkəti belə bir proqnoz verib. Şirkətin hesabatında bildirilir ki, 2020-ci ilə ABŞ 2,25 mln. barel/gün neft ixrac edərək Küveyt və Nigeriya kimi önəmli OPEC üzvlərini geridə qoyacaq. “PIRA Energy”nin iqtisadçısı Qari Ros (Gary Ross) hesab edir ki, ABŞ yaxın 3 ildə əsas neft ixracatçısı olan ölkələrin ilk onluğuna daxil olacaq. Onun sözlərinə görə, ixracın əsas hissəsi Meksika körfəzindəki Texasın Korpus-Kristi (Corpus-Christy) limanından həyata keçirilir. Limanın icraçı direktoru Con Lyaru qeyd edib ki, neft ixracı inanılmaz sürətlə artır və yaxın zamanlarda ixrac gündəlik 1 mln. barelə çatdırılacaq.