Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Günəşli”dəki 4 nömrəli dərin dəniz özülünün sualtı hissəsində tədqiqat-yoxlama işləri yekunla

“Azneft” İstehsalat Birliyinin Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsində müşavirə keçirilib. Müşavirənin məqsədi sözügedən idarənin istismar etdiyi texniki avadanlıqların mövcud vəziyyətinin araşdırılması və idarənin cari ilin 8 ayı ərzində gördüyü işlərin müzakirəsi olub. İstehsalat Birliyindən bildirilib ki, “Azneft”in baş direktoru Daşqın İskəndərov bu il ərzində Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin İstehsalat Birliyinin struktur vahidinə çevrildiyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb, bu idarənin də digər idarələr kimi məhsuldar idarələrdən birinə çevriləcəyinə inandığını bildirib. Sonra idarənin aidiyyəti mütəxəssisləri 2017-ci ilin 8 ayı ərzində görülmüş işlər barəsində hesabatla çıxış ediblər. Hesabatda məlum olub ki, “Günəşli” yatağında yerləşən 4 nömrəli dərin dəniz özülünün sualtı hissəsində tədqiqat-yoxlama işləri yekunlaşıb, növbəti özülün sualtı işlərinin tədqiqat-yoxlama işlərinə isə hazırlıq görülür. Daha sonra sözügedən idarə tərəfindən istismar olunan texniki avadanlıqlar haqqında məlumat verilib. Qeyd olunub ki, sözügedən idarə tərəfindən 60 metr və 200 metr dərinliklərdə qəza-xilasetmə əməliyyatları apara bilən mobil dərinlik dalğıc kompleksləri mövcuddur. Bu komplekslərin əməliyyat qabiliyyəti haqqında ətraflı məlumat verilib. Müşavirə zamanı Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin mühüm işlər həyata keçirdiyi bildirilib və burada kadrların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb. Kadrların nəzəri və praktiki biliklərinin artırılması üçün mütəmadi olaraq kurslara cəlb olunması razılaşdırılıb. Həmçinin sualtı qaynaqçıların təkmilləşdirilməsi istiqamətində işlərin intensivləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib. Baş direktor təhlükəsizlik məsələlərinin qarşıda duran bir nömrəli məsələ olduğunu vurğulayıb, Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin fəaliyyət sahəsinin xüsusi riskli işlər olması səbəbi ilə əməyin mühafizəsinə nəzarətin artırılması və istehsalat sahələrində yoxlamaların sıxlaşdırılmasının vacibliyini qeyd edib. D.İskəndərov idarədəki çatışmazlıqlar barəsində məlumatları dinləyib və problemlərin aradan qaldırılmasına dair müvafiq göstərişlər verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır