qnoz: 2020-ci ilədək neftin qiyməti kəskin arta bi
2020-ci ilədək neftin qiyməti kəskin artım baş verə bilər. Bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarları üzrə nümayəndəsi Neil Atkinson deyib. O bildirib ki, dünya bazarında neftin qiymətinin müəyyən mənada bahalaşmasına baxmayaraq, neft sənayesinə yatırılan investisiyaların həcmində artım müşahidə edilmir. Neil Atkinsonun sözlərinə görə, yeni layihələrə xərclərin artmaması 2020-ci ilə qədər neft qiymətlərində kəskin artıma gətirib çıxaracaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır