Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Neft Daşları”nda yeni quyu istismara ver

Azərbaycan Dövlət Neft Şirkətinin  “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görür. Bu barədə SOCAR-ın açıqlamasında bildirilir. Məlumatda deyilir ki, bu günlərdə “Neft Daşları” yatağındakı 2585 saylı stasionar dəniz özülündən 2584A nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks Qazma İşləri Trestinin Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazdığı quyu 2521-2515 metr intervaldan sutkalıq 15 ton neft və 2300 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.  Quyuda istismar işlərini “Azneft”in “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi həyata keçirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır